“Qırmızı Körpü” gömrük postunda gözləyən avtomobillərin sayı açıqlandı

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 300 yük maşını gözləyir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Stopnarkotik.az-a bildirilib ki, “Biləsuvar” gömrük postunda 47, Astara gömrük postunda 106, “Mazımqara” gömrük postunda 14, “Samur” gömrük postunda 45 və “Xanoba” gömrük postunda 5 yük maşını keçid üçün gözləmədədir.