Yanvarın 6-da, saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az