Qazlı su almağa getdi, 100 min dollar QAZANDI

ABŞ-dan olan qadın susuzluğunu yatırtmaq istədiyi zaman təsadüfən varlanıb.

Bu barədə UPI məlumat yayıb.

Virciniyadan olan Janet Bain qazlı su almaq üçün marketə getdiyini söyləyib. İçki ilə yanaşı, o, üç ani lotereya bileti almağa qərar verib. Qadın lotereya biletindən qoruyucu təbəqəni siləndə məlum olub ki, o, 100 min dollar (170 min manat ) məbləğində cekpotu vurub.

Bainin sözlərinə görə, o, şoka düşüb və əvvəlcə gözlərinə inanmayıb.

Qalib böyük qələbə üçün böyük planlarının olduğunu bildirib.

"Bu, gözəl Milad olacaq", - o deyib. \\Gundem.az