Qazaxıstandan QƏRAR: çətənənin sənaye növü becəriləcək 

Qazaxıstan sənaye çətənəsinin becərilməsinə hazırlaşır.

Stopnarkotik.az xəbər verir ki, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi sənaye çətənəsinin becərilməsi üçün ilk dörd lisenziya verib.
Bu təşəbbüs ölkədə investisiyaların cəlb edilməsi və iqtisadi artımın stimullaşdırılması üçün potensial amil kimi qiymətləndirilir. 
Layihənin icrasının əsas aspekti səlahiyyətli dövlət qurumları tərəfindən ciddi nəzarətdir. Kənd Təsərrüfatı Nazirliyi çətənənin becərilən sortlarında tetrahidrokannabinolun (THC) tərkibinə nəzarət edəcək.
Müəyyən edilmiş standartlara görə, becəriləcək çətənədə THC səviyyəsi 0,3% -dən çox olmamalıdır ki, bu da bitkidə narkotik təsir ehtimalını aradan qaldırır.

Stopnarkotik.az