Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a daxil olan sorğuya cavab olaraq bildirilib ki, bu gün 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan VAZ-21099 markalı avtomobilin yan güzgüsünə dəyib, sonra arxadan gələn "Mercedes" markalı avtomobil tərəfindən vurulub.
Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.