Qatara yol verməyənlərin aqibəti...

“Dəmiryol keçidlərinin istismarı Qaydaları” təsdiq edilib.

Stopnarkotik.az qafqazinfo-a istinadən xəbər verir ki,dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (hərəkət tərkibinin) olmadığını müəyyən etməli, “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş tələblərə riayət etməlidirlər.

Ancaq təəssüf ki, zaman-zaman buna məhəl qoymayanlara da rast gəlirik. Və nəticədə qaydalara əməl etməyənlər, bədbəxt hadisələrin həm səbəbi, həm də iştirakçısı olur.

Dəfələrlə bu kimi faktlara rast gəlinib və təəssüf ki, ölüm halları da qaçılmaz olub.

Buna misal olaraq 2018-ci ildə Bakının Binə qəsəbəsində 160 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun qatarla toqquşmasını, iki nəfərin ölməsini, 30-dan çox şəxsin yaralanmağını çəkmək olar.

Bu məqamda respublika ərazisində buna bənzər bəzi qəzalardan lentə alınmış fotoları təqdim edirik.