"Qatar sayı artırılsa, vəziyyət daha da gərginləşəcək" - Metrodakı ləngimə ilə bağlı RƏSMİ AÇIQLAMA / YENİLƏNİB

"Metro xəttində səhər saatlarından texniki problem yoxdur".

Stopnarkotik.az xəbər verir ki, bu məlumatı “oxu.az”a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov verib. 

O qeyd edib ki, bu gün sıxlıq həddi bir qədər də çoxdur. 

"Tənzimləmə məcburən girişlərdən aparılır. Əsas sıxlıq olan stansiyalarda qatarların yola düşməsi yalnız qapı ilə platforma arasında sərnişinə xəsarət yetirəcək problem olmadığına, qapılar bağlı olduğuna əminlik yarandıqdan sonra təmin olunur. 

Məsələnin qatar sayı ilə də əlaqəsi yoxdur. Say artırılsa, vəziyyət daha da gərginləşəcək. Tunellər boyunca qatarlar ard-arda düzüləcək", - deyə B. Məmmədov bildirib. 

Metronun "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən qatar "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarında dayanıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, qatar "İnşaatçılar" stansiyasında 6 dəqiqə, "Elmlər Akademiyası" stansiyasında isə 3 dəqiqə ləngiyib.