Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ictimai iaşə müəssisələrində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən şəxslər aşkar olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, nəticədə İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinin tələblərini pozan şəxslərin barələrində inzibati tənbeh tədbirləri görülüb.
Stopnarkotik.az