Qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 12 müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.