Qanunsuz ov edən 4 nəfər saxlanıldı

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala və Zəvvar ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov edən 4 nəfər saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.