Putinin Türkiyəyə səfərinin gündəliyində BU MƏSƏLƏLƏR VAR

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri zamanı Rusiya-Türkiyə ikitərəfli münasibətləri, ticarət-iqtisadi əməkdaşlıq, regional məsələlər, o cümlədən Ukrayna məsələsi müzakirə olunacaq.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, Putinlə Ərdoğanın hər görüşü gündəm baxımından çox doludur.

“Gündəmdə ilk növbədə Rusiya-Türkiyə ikitərəfli münasibətləri və ticari-iqtisadi əməkdaşlığımız var”, - Kreml sözçüsü bildirib.

“Türkiyə bu məsələdə prinsipial və müstəqil mövqe sərgiləyən və bizimlə ticarət-iqtisadi əməkdaşlığı davam etdirən nadir ölkələrdən biridir”, - Peskov vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya prezidentinin Türkiyəyə səfərinin tarixini yaxın vaxtlarda açıqlayacaq.