Putinin NATO sərhəddindəki gizli evi ifşa edildi - FOTO

Putinin gizli iqamətgahı ifşa edilib.

Almaniyanın "Bild" nəşri xəbər verir ki, sözügedən məkan Rusiyanın şimal-qərbində, Kareliyada, Finlandiya ilə sərhəddən cəmi 30 km aralıda yerləşir.  Sarayın özü 2016-cı ildən tanınır, lakin indiyədək  foto və ya video ilə nümayiş etdirilməyib.

Qəsəbəyə yalnız qayıq və ya helikopterlə çatmaq olar. Onun eniş yeri böyük bir binanın arxasındadır. Yerli sakinlər jurnalistlərə bildiriblər ki, Putin ildə ən azı bir dəfə Kareliyadakı sarayını ziyarət edir.

"Dossier Center"in məlumatına görə, Rusiya prezidentinin iqamətgahı çox müasir görünən üç əsas strukturdan ibarətdir. Rəsmi olaraq obyektlər “balıqçılıq daxması”, “anbar” və “bağçılıq evi” kimi sıralanıb.

Dron görüntüləri həmçinin Putinin səfərləri zamanı məhsullarının menyusunda olacağı ehtimal olunan balıq fermasını da göstərir. Əsas binada 200 kvadratmetr yeməkxana yerləşir. Qəsəbənin ərazisində dörd metrlik şəlalə də var.

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları sarayın yaxınlığındakı ərazini gecə-gündüz mühafizə edir. Putin iqamətgaha gələndə müdafiə xeyli gücləndirilir./sfera.az