Rusiya Prezidenti Vladimir Putin ölkəsilə Türkiyə arasındakı münasibətləri dəyərləndirib.
Bu barədə dövlət başçısı xarici ölkələrin Rusiyadakı yeni səfirlərinin etimadnamələrinin qəbulu mərasimində çıxışı zamanı danışıb.
O, bildirib ki, hazırda Türkiyə ilə münasibətlər yaxşı səviyyədədir. Rusiya Prezidenti ikitərəfli münasibətlərdə enerji sahəsini xüsusi olaraq qeyd edib. O, vurğulayıb ki, hazırda iki ölkə arasında çox sayda müştərək layihələr icra olunur.