Hazırkı Rusiya rəhbəri Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Stopnarkotik.az "Kommersant"a istinadən xəbər verir ki, Ukrayna ərazisində yaradılmış qondarma DXR parlamentinin spikeri Artem Coqa Putindən seçkiyə getməyi xahiş edib.
Rusiya prezidenti razılaşıb. O, qalib gəlsə, bu, Vladimir Putinin beşinci müddətə dövlət başçısı olmağı olacaq.