Sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə "Bakumooz Kitab evi"nin rəhbəri Nürəddin Məmmədlini vurub öldürən Şamil Eyvazovun cinayət işi üzrə məhkəmə arşadırması başa çatıb.
Stopnarkotik.az “qafqazinfo”ya itinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən Ş.Eyvazov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 7 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il qeydə alınıb.
Şamil Eyvazov "Toyota Prius" markalı avtomobillə 30 yaşlı Məmmədli Nurəddin Ziyət oğlunu piyada keçidinin üzərində vuraraq hadisə yerindən qaçıb. Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Ş.Eyvazova qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.