Yevgeni Priqojinin oğlu Pavel Priqojin Rusiya Qvardiyasının tərkibində “Vaqner” özəl hərbi şirkətinin (PMC) rəhbəri olub.
Stopnarkotik.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə qurumun Perm vilayəti üzrə nümayəndəsi məlumat verib.
Məlumata görə, “Vaqner” indi Rusiya Qvardiyasının bir hissəsidir və onun bölməsi sayılır.
Onun sözlərinə görə, hərbi şirkətə yenidən könüllülər cəlb olunmağa başlayıb.
Qeyd edək ki, Telegram kanallarında “Vaqner”ə üzv olmaq istəyən hər kəslə müqavilə bağlanacağı barədə məlumatlar yayılıb.