Prezidentliyə namizəd səhnədə infarkt keçirdi - VİDEO

Portuqaliyada prezidentliyə namizəd, "Chega" Partiyasının lideri Andre Ventura Tavirdəki mitinqdə çıxışı zamanı özünü pis hiss edib. O, nitqinin ortasında gözlənilmədən dayanıb, sinəsini tutub, səndələyib, bundan sonra komanda yoldaşları köməyə çataraq, onu qucaqlarında səhnədən düşürüblər.

Stopnarkotik.az yerli mediaya istinadən xəbər verir ki, prezidentliyə namizəd dərhal xəstəxanaya yerləşdirilib.

Həkimlər Venturanın səhnədə infarkt keçirdiyini bildiriblər.

Daha sonra "Chega" parlament fraksiyasının rəhbəri Pedro Pinto çıxış edib və onun həyati təhlükəsi olmadığını bəyan edib.