Prezidentdən Şahin Babayevlə bağlı SƏRƏNCAM

Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.

Stopnarkotik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2024-cü ildə imzaladığı fərmana əsasən yaradılıb. Bu Holdinqin nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsində və onların vahid şəkildə, mərkəzi bir qurumdan idarə edilməsinə xidmət etməsi nəzərdə tutulub.