Polşa fentanillə necə mübarizə aparır...

Polşa hakimiyyəti psixoaktiv maddələrə aludəçiliyin artması ilə mübarizə aparırır. Fentanil onların arasında xüsusi yer tutur, çünki qanuni olaraq ağrı kəsici kimi təyin edilə bilər, məsələn, xərçəng xəstələri və ya əməliyyat olunan xəstələr üçün. Ancaq fentanilin qanunsuz istifadə üçün reseptlərdə yazıldığı hallar da az deyil. Son vaxtlara qədər Polşada onları paylamaq adi bir təcrübə idi. Son bir il ərzində isə fentanilin doza həddinin aşılmasından ölüm halları artıb.

Stopnarkotik.az xəbər verir ki, təkcə 2024-cü ilin yanvar-may ayları arasında ölkədə opioid preparatları üçün 2,9 milyon resept verilib və xəstələrin sayı 490 min nəfər olub. Nəticədə Polşa rəsmiləri qərar veriblər ki, yalnız ilkin tibbi yardım həkimləri resepti yalnız iki həftəlik yeniləyə bilərlər. Qalan həkimlərə xəstə ilə şəxsən görüşmək tapşırılır və yalnız  müayinədən sonra resept yazıla bilər.

Amma diribaş həkimin bir neçə ay ərzində qanunsuz olaraq opioidlər üçün 800 resept yaza bildiyini nəzərə alsaq, bu mübarizə versiyası o qədər də ciddi səslənmir. Resept alan şəxslər artıq ölmüş xəstələr də qəbul edlirlər.

Polyakların opioidləri yalnız respstlə vermək tədbiri vəziyyətdən çıxış yolunu əks etdirirmi? Reseptlərin iki həftəlik yazılması çarədirmi? Yəqin ki, yox. Reseptlərin müddətinin iki həftəlik uzadılması, əgər onu yazan həkim vəziyyətdən sui-istifadə edərsə, yalnız həkimin pul qazanmasına şərait yarada bilər. 

Əgər həkimlər əlavə pul qazanmaq fürsətindən istifadə etməyi ayıb hesab etmirlərsə bu metod problemi həll etməyəcək.

Stopnarkotik.az