Bərdədə polisin əlindəki bort kompüterini alıb qaçan Bərdə rayon Məhkəməsinin sədrinin sürücüsü olub.
Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durmanın qadağan olunmasını əks etdirən nişanın tələbini pozan, avtomobillərdən biri məhkəmə sədrinin xidməti avtomobili olub.
Polis əməkdaşı sözügedən bortla avtomobillərə protokol tərtib edərkən məhkəmə sədrinin sürücüsü Telman Həsənov texniki avadanlığı onun əlindən alaraq qaçmağa cəhd göstərib.
Hadisə yerinə Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi Emin Musayev və Bərdə rayon Məhkəməsinin sədri Gündüz Abbasov da gəlib.
Sürücü Telman Həsənovla bağlı araşdırma aparılır və yaxın günlərdə onun etdiyi hərəkətlə bağlı qərar veriləcəyi gözlənilir.