Polisdən pişiklərin işgəncə ilə ÖLDÜRÜLMƏSİNƏ REAKSİYA

Sİyəzən rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi evlərin birində pişiklərin işgəncə ilə öldürülməsinə dair müraciət daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Polis Şöbəsinə müraciət edən vətəndaşlar 1994-cü il təvəllüdlü Aynur Hüseynovanın yaşadığı Siyəzən şəhəri S. Xeyrullayev 41 ünvanında pişikləri işgəncə ilə öldürdüyünü iddia ediblər.

Bu barədə sosial şəbəkələrdə də görüntülər paylaşılıb.

Vətəndaşlar bildirib ki, A. Hüseynova pişikləri saxlamaq adı ilə evinə gətirib. Daha sonra onlara xəsarət yetirərək şəkillər paylaşıb, müalicə üçün özünəməxsus kart məlumatlarını qeyd edərək pul yığıb. Xəsarət yetirdiyi pişiklər öldükdə isə, onu yandıraraq basdırıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şimal Regional Qrupundan bildirilib ki, hazırda daxil olan müraciət əsasında rayon Polis Şöbəsinin Təhqiqat Qrupundan zəruri araşdırmalar aparılır.