Polis reabilitasiya mərkəzini ələ keçirməyə cəhd edənləri həbs edib. Hadisə Ekvadorda baş verib.
Stopnarkotik.az xəbər verir ki, ölkə polisi bazar günü narkotik dəstələri ilə təhlükəsizlik qüvvələri arasında gedən "müharibə"nin ortasında ölkənin cənub-qərbindəki xəstəxananı ələ keçirməyə cəhd edən 68 nəfəri həbs edib.
"Biz Guayas ştatının Yaquaçi şəhərindəki xəstəxananın obyektlərini ələ keçirməyə cəhd edən terrorçuları zərərsizləşdirdik", deyə polis keçmiş X sosial şəbəkəsində bildirib.
Güman edilir ki, saxlanılanlar bir neçə saat əvvəl xəstəxanaya xəsarətlə daxil olan həmkarını xilas etməyə çalışıblar. Odlu silah və narkotik vasitələr götürülüb.
Polis, həmçinin narkotik bandasının komandanlıq mərkəzinin və əxlaqsızlıq yuvasının yerləşdiyi və bir neçə qrup üzvünün gizləndiyi "reabilitasiya mərkəzinə" də basqın edib.
Ekvador rəsmiləri bu yaxınlarda yüzlərlə belə reabilitasiya mərkəzlərini bağlayıblar. Onların dediyinə görə, bağlanan yerlərdə xəstələrə qulluq üçün lazımi şərait yoxdur.
Stopnarkotik.az