Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi məşhur plastik cərrahların sertifikatlarının ləğv edilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı Nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.

“Sonda istintaq orqanı aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - Nazirlikdən bildirilib.

Qeyd edək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsində Səhiyyə Nazirliyinin bir neçə vəzifəli şəxsinin adı hallanır.