Pentaqon narkokartellərə görə Meksikanı HƏDƏLƏDİ...

Pentaqon rəhbəri Pit Heqset Meksikanın yüksək rütbəli hərbi liderləri ilə görüşüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Nəşrin bildirdiyinə görə, ABŞ rəsmisi söhbətində Meksikanı hədələyib ki, ölkə narkotik kartellərini həll etməsə, Vaşinqton birtərəfli addım atacaq.

Söhbət ondan gedir ki, məsələ indi Meksika ərazisində genişmiqyaslı hərbi əməliyyatlar müstəvisinə keçə bilər. Meksika isə bundan çəkinir.

Stopnarkotik.az