Paytaxt sakininin bank kartından oğurluqda şübhəli bilinən qadınlar saxlanıldı

Paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 245 manat pulunu oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini olan 2 qadın müəyyən olunaraq saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, onlar Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.

Faktla bağlı araşdırma aparılır.