Paytaxt sakinindən narkotik vasitə aşkar edildi

Paytaxtın Səbail rayonu ərazisində bir nəfərdə narkotik vasitə olması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 36 yaşlı V.Bayramov saxlanılıb. Onun üzərinə və evinə baxış zamanı 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.