Paşinyandan Moskvanı qəzəbləndirən daha bir açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Rusiya hərbi bazalarının olmasında heç bir üstünlük görmür.

Stopnarkotik.az erməni KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Wall Street Journal-a müsahibəsində deyib.

Nəşrə müsahibəsində Paşinyan bildirib ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya “müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməyib”.
Onun sözlərinə görə, Qarabağda baş verən son hadisələr Ermənistanı təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsinin zəruriliyi ilə bağlı qərara gətirib çıxarıb.
Baş nazir qeyd edib ki, “Rusiya sülhməramlı kontingenti Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək iqtidarında deyildi və ya istəmədi”.