“Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsən Qarabağdakı separatçıların sonuncu “lider”i Samvel Şahramanyanı qondarma qurumun ləğv edilməsi barədə sənədi imzalamağa çağırıb”.
Stopnarkotik.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” nəşri yayıb.
Bildirilir ki, Azərbaycan öz tələblərini irəli sürdükdən sonra Şahramanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanla və onun vasitəçiliyi ilə Paşinyanla telefon danışığı aparıb. Bu zaman isə Paşinyan Şahramanyandan eskalasiyanın qarşısını almaq üçün Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hər şeyi etməyə çağırıb.