Ermənistan baş prokurorluğu baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müraciəti Milli Təhlükəsizlik Xidmətinə (MTX) göndərib.
Stopnarkotik.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş prokuror Anna Vardapetyan parlamentdə bildirib.
“Bir sıra mülkiyyət sənədlərinin yoxlanılması və s. müraciətlər MTX-ya göndərilib. Yoxlamadan sonra cinayət işinin açılması məsələsi müzakirə olunacaq”, - o bildirib.