Pakistanda terror: 5 polis öldü, 10-u yaralandı

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətinin Bacaur rayonunda baş verən partlayış nəticəsində azı 5 polis ölüb, 10-u yaralanıb.

 

"Unikal" xəbər verir ki, bu barədə "Daily Pakistan" qəzeti məlumat yayıb. 

"Polis maşını partlayıb. Poliomielit peyvəndi zamanı təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib", -  KİV qeyd edib.