Pakistanda polis məntəqəsinə bombalı hücum: ÇOX SAYDA ÖLƏN VAR

Pakistanın şimal-qərbində polis məntəqəsinə bombalı hücum olub.  

Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pakistanın Əfqanıstanla həmsərhəddə Dera İsmayıl Xan rayonunda baş verib.

Bildirilir ki, partlayıcı yüklü avtomobil polis məntəqəsinə çırpılıb. Partlayış nəticəsində  24 nəfər ölüb, çox sayda yaralı var. 

Hadisənin məsuliyyətini “Tahreek-e-Jihad Pakistan” adlı Pakistanın “Taliban” qruplaşması üzərinə götürüb.