"Özünü binadan atan azyaşlıların bir-biri ilə əlaqəsi yoxdur" - Prokuror Xırdalandakı intiharlardan danışdı

İntiharların rezonans hadisə kimi təqdim edilməsi məqsədəuyğun deyil.

Stopnarkotik.az xəbər verir ki, bunu Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov deyib. O, Abşeron Rayon Prokurorluğunda keçirilən “Açıq qapı günü”ndə bildirib ki, azyaşlıların özünü binadan ataraq intihar etməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olub:

"Xırdalanda özünü binadan atan azyaşlıların bir-biri ilə əlaqəsi yoxdur. Onlar ayrı-ayrı məktəblərdə oxuyublar. İntiharların rezonans hadisə kimi təqdim olunması növbəti dəfə eyni cür özünəqəsdlərə gətirib çıxarır”.

Xatırladaq ki, bu ilin avqust-sentyabr aylarında Xırdalan şəhərində 3 yeniyetmə qızdan 2-si özünü eyni binadan ataraq intihar edib.