Özbəkistan dövlət olaraq korrupsiyaya qarşı mübarizəni sərtləşdirir. Korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsinə qalxır.
Stopnarkotik.az xəbər verir ki, ölkə başçısı Şavkat Mirziyoyev buna dair sərəncam verib. Sərəncam əsasında hazırlanacaq qanuna görə, bundan sonra bütün məmurlar öz əmlaklarının qaynağını məcburi açıqlamalı olacaqlar.
Bəyan edilmiş gəlirlə faktiki əmlak və var-dövlət arasında hər hansı uyğunsuzluq aşkarlanan məmur cavabdehlik daşıyacaq. Qanunvericiliyə qeyri-leqal varlanma üçün məsuliyyət daxil ediləcək. Belə halın üzə çıxdığı durumda vəzifəli şəxslərdən mal-mülklərinin qanuni mənbəyini sübut etmək tələb olunacaq.
“İslahatın qarşısında əsas maneə korrupsiyadır” şüarını səsləndirən prezident Mirziyoyev korrupsiyanı “cəmiyyətin xərçəng şişi” adlandırıb.
Stopnarkotik.az