Özbəkistan və Qırğızıstan Rusiya ilə yeni tranzit dəhlizində birləşirlər

Özbəkistan və Qırğızıstan Qazaxıstandan yan keçməklə Rusiyanın iştirakı ilə yeni multimodal nəqliyyat dəhlizindən istifadə edə biləcəklər. Stopnarkotik.az bu barədə "Eurasiatoday" saytına istinadla bildirir. 
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Həştərxan gəmiçilik şirkətlərinin bu layihədə iştirak etməyə hazır olduğunu açıqlayıb.
Planlara görə, Özbəkistan və Qırğızıstandan gələn yüklər Türkmənbaşı limanına göndəriləcək, sonra isə Xəzər dənizi vasitəsilə Rusiya limanlarına çatdırılacaq. Qubernator qeyd edib ki, gəmiçilik şirkətləri artıq ilkin araşdırmalar aparıb və işə qoşulmağa hazırdırlar. Bundan əlavə, Həştərxan gəmi istehsalçıları Xəzər dəniz gəmiçiliyi xətlərində istifadə üçün gəmilər tikməyə hazırdırlar.
Bu yeni nəqliyyat dəhlizi Özbəkistan və Qırğızıstanı Qazaxıstan ərazisindən yan keçməklə Rusiyaya yüklərin çatdırılması üçün alternativ marşrutla təmin edəcək. O, ölkələr arasında ticarət və iqtisadi əlaqələri xeyli sadələşdirə, sürətləndirə və regional inteqrasiyanın inkişafına təkan verə bilər.

Stopnarkotik.az