Özbəkistan elektron siqaretləri qadağan etmək istəyir

Özbəkistan elektron siqaretləri qadağan etmək istəyir. Belə ki, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası elektron siqaretlərin dövriyyəsini məhdudlaşdırmağa yönəlmiş yeni qanun layihəsini müzakirə edir.

Stopnarkotik.az xəbər verir ki, sənədin hazırlanmasına səbəb bu cür cihazların, xüsusən də gənclər arasında qeyri-qanuni idxal və istifadə hallarının artması olub. Yanvarın 6-da deputatlar bu təşəbbüsü fraksiya iclaslarında müzakirə ediblər.

UzLiDeP partiyasının üzvləri qeyd ediblər ki, əhali arasında elektron siqaret istehlakı sürətlə artmaqdadır və bu, ciddi narahatlıq doğurur.

“Milliy Tiklaniş” fraksiyasının üzvləri qanun layihəsini yekdilliklə dəstəkləyərək, artıq 32 ölkədə belə məhsulların qadağan olunduğunu qeyd ediblər.

Stopnarkotik.az