2023-cü ildə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 107 nəfər öz əvvəlki işinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib. İşçilərin əmək hüquqlarının bərpası ilə əlaqədar 950 işəgötürənə icrası məcburi olan göstəriş verilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Qeyd edilir ki, daxili işlər orqanlarından daxil olmuş materiallar əsasında 95 vəzifəli, fiziki və hüquqi şəxs barəsində 295,4 min manat məbləğində, prokurorluq orqanlarından daxil olmuş materiallar əsasında isə 182 vəzifəli, fiziki və hüquqi şəxs barəsində qərarlar qəbul edilərək 519,8 min manat məbləğində cərimə tətbiq edilib.
"İstehsalatla əlaqəli 465 bədbəxt hadisənin təhqiqatı aparılıb. 30-u qrup halında olan hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb", - deyə hesabatda qeyd edilib.