2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan, ötən gün vəfat edən Azərbaycan Ordusunun zabiti, leytenant Bağırov Ülvi Hənifə oğlu dəfn olunub.
Stopnarkotik.az xəbər verir ki, zabit anadan olduğu Salyan şəhərində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Bağırov Ülvi Hənifə oğlu aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.