Azərbaycanda ötən gün 4,1 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 7-də ümumi çəkisi 4,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.