Qazaxıstanın Türküstan vilayətində Milli Təhlükəsizlik Komitəsinin (MTK) Sərhəd Xidməti sərhəddən qaçaqmalçılıq yolu ilə ümumi çəkisi 775 kq olan narkotik vasitənin keçirilməsinin qarşısını alıb.
Stopnarkotik.az xəbər verir ki, narkotik yükü nəzarət-buraxılış məntəqəsində ağır yükdaşıyan avtomobildə tapılıb. Qeyd olunur ki, bu narkotikin “qara bazar”da qiyməti 15 milyon dollardan çox ola bilər.
Stopnarkotik.az