Oğuzda intihar hadisəsi baş verib.
Hadisə Oğuz şəhərində qeydə alınıb.
Şəhər sakini, 63 yaşlı Əhmədov Əziz Mahmud oğlu yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən özünü asıb.
Onun asılmış meyiti yaxınları tərəfindən aşkar edilib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır./lent.az