Türkiyənin İzmir şəhərində taksi sürücüsü Oğuz Ergeni öldürən Delil Aysalın məhkəmə prosesi keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qərara əsasən, Delil Aysal 17 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, bu il yanvarın 31-də baş verən hadisə Türkiyədə gündəmə çevrilmişdi. Belə ki, taksi sürücüsü O.Erge yol kənarında dayanan şəxsi soyuqda üşüməsin deyə avtomobilinə əyləşdirib. Arxa oturacaqda oturan şəxs isə sürücüyə tapança ilə atəş açaraq onu ağır yaralayıb. Avtomobildən düşən sərnişin güllələdiyi kişiyə “heç kimə inanmayacaqsan, dayı” deyib. Cinayətkarın bu davranışı Türkiyədə “yaxşılığı öldürdü” başlığı ilə medianın gündəmini zəbt edib. Ağır yaralanan O.Erge 1 gün sonra xəstəxanada dünyasını dəyişib.