"O MADDƏNİ HEÇ VAXT İSTİFADƏ ETMƏMİŞƏM" - Saç nümunəsində kokain aşkarlanan klub prezidenti

Türkiyədə narkotik araşdırmasının bir hissəsi olaraq, "Fənərbaxça" İdman Klubunun prezidenti Sadettin Saranın Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilən saç nümunəsində kokain aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, ekspertin rəyi artıq İstanbul Baş Prokurorluğuna göndərilib.

Bu arada, Sadettin Saran test nəticəsindən sonra açıqlama verib. Saran bildirib: "Mən Məhkəmə Tibbi İnstitutunun test nəticələrində müsbət olduğu iddia edilən maddəni həyatımda heç vaxt istifadə etməmişəm. Nəinki istifadə etməmişəm, hətta maddəni yaxından görməmişəm".

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırmasının bir hissəsi olaraq, qan və saç nümunələri götürülən şübhəlilərlə bağlı Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən hesabat hazırlanıb.

Lakin onuda qeyd edək ki, Saranın qan, sidik və dırnaq nümunələrinin test nəticələrinin mənfi olduğu aşkarlanıb.

NURAY