Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA

Azərbaycanda yeni virusun yayılması xəbəri doğru deyil.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin sosial media hesabındakı canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, son zamanlarda insanlar arasında bu barədə yayılan xəbərlər şayiədir:

"Dekabr- yanvar ayı mövsümi xəstəliklərin ən çox yayılan dövrüdür. Bu səbəbdən insanlar bunu "yeni virusun yayılması" kimi dəyərləndirir".