Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında meyvə ağaclarının qanunsuz şəkildə kəsildiyi bildirilir.
Stopnarkotik.az xəbər verir ki, ağacları qurutmaq üçün onların dibində ocaqlar da qalanır.
Bununla bağlı Oxu.Az-ın sualını cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda Dövlət Ekoliji Təhlükəsizlik Xidmətinin əməkdaşları sözügedən ərazidədirlər və araşdırma aparırlar.