"Netanyahunun hara qaçacağını bilmirəm" - Ərdoğan

"Netanyahunun hara qaçacağını bilmirəm".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.

"Türkiyə dünyanın hər yerində günahsız insanların yanında olmaq prinsipi olan bir millətdir.  Bizim tərəfimiz ancaq əyilməz qolu ilə haqqın tərəfi ola bilər. Qəzzada öldürülən minlərlə günahsız insanın yanında olmaq üçün dərin fəlsəfi səbəblər axtarmağa ehtiyac yoxdur. Qəzza əhalisinin yaşadıqlarına qarşı çıxmaq üçün sadəcə insan olmaq kifayətdir. Netanyahunun hara qaçacağını bilmirəm. Onun yaxın gələcəkdə məhkəmə proseslərində törətdiyi hərbi cinayətlər xüsusi yer tutacaq. Gec-tez onlar insanlıq məhkəməsində mühakimə olunacaqlar.

Netanyahu administrasiyasına bu cəsarəti verən və cinayətləri ört-basdır edən ölkələr də eyni aqibəti bölüşəcəklər. Əgər Amerika və Avropa ölkələri İsraili dəstəkləməsəydilər, bu administrasiya bu qədər vəhşilik edə bilməzdi. Onların tarixi qəddarlıqla doludur”.