Neftçalada sakinlərdə qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində 12 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Stopnarkotik.az