Ukraynanın sabiq daxili işlər naziri Denis Monastırskinin ölümündə təqsirli bilinən Fövqəladə Hallar Dövlət Xidmətinin beş əməkdaşı səhlənkarlıqda ittiham olunublar.
Bu barədə Dövlət Təhqiqatlar Bürosunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhqiqat Bürosu “qara qutu”nun deşifrəsindən sonra bu qənaətə gəlib.
Kiyev vilayətinin Brovarı şəhərində 2023-cü il yanvarın 18-də baş vermiş helikopter qəzası Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmurlarının ölümü ilə nəticələnib. Qəzaya səbəb çətin hava şəraitində pilotun səhv manevrləri olub.
Qeyd edək ki, helikopter qəzası Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviçin ölümü ilə nəticələnib.