Naxçıvanda özünə xəsarət yetirən kişi öldü

Şahbuz şəhərində ölüm hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 1961-ci il təvəllüdlü Şahbuz şəhər sakini Seyidov Rüfət Mirhüseyn oğlu yaşadığı evdə özünə xəsarətlər yetirib və ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin məlumatlara görə, R.Seyidovun psixi problemləri olub.

Faktla bağlı araşdırmalar davam edir.