Naxçıvanın Babək rayonunda evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Stopnarkotik.az xəbər verir ki, Babək rayonunda evlərin birindən 9000 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Babək Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən B.Rüstəmov saxlanılıb.
Həyata keçirilən digər əməliyyat zamanı təmir etdiyi evdən oğurluq edən E.Əliyev də saxlanılaraq istintaqa təqdim edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.