Naxçıvanda 40 ton çətənə kolu yandırılaraq məhv edildi

Naxçıvanda 40 tona yaxın yabanı halda bitmiş çətənə bitkisi məhv edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanmış ümumi çəkisi 40 tona yaxın olan 559.000 ədəd yabanı halda bitmiş çətənə kolu yandırılaraq məhv edilib.